Türkçe

 

QINAMA DEKLARASYONU

Türk kulturunun sərhəd gözətçiləri olaraq, bizlər - müstəqil dilmanclar, tərcüməçilik müəssisələri və tərcüməçi cəmiyyətləri, 30 Noyabr 2006-cı il tarixli fövqəladə yığıncaq münasibətinə görə qəbul etdiyimiz qərarla, Fransa parlamentinin 12 Oktyabr 2006-cı il tarixində qəbul etdiyi güya ki "erməni soyqırımı"nın inkarını yasaqlayan qanunu qınayırıq!

Bu qərar, böyük və tarixi bir səhv olmuşdur! Fransa parlamentinin, dost anladığımız Fransız xalqını, Fransız kulturunu və onun təməlini təşkil edən Fransız dilini təmsil etməkdə kifayət etmediyini, əsəflə müşahidə edirik.

Türk milləti yaxın və uzaq keçmişində, həç bir millətə qarşı həç cürə soyqırım cinayətini işləməyib və bu cür cinayətlərə katılmayıb. İləri sürülənlər ancaq yalan və böhtandan ibarətdir. Fransa parlamenti Fransız xalqını çaşdırır. Fransız xalqını, Osmanlı arxivlərindəki tarixi sənədləri arzu etdikleri kimi sərbəstcə təhqiq eləməyə və qəti sübutlara şahidlik etməyə çağırırıq. Türk milləti, başqa xalqların zülmündən qaçan xalqları soyqırımın dəhşətli neticələrinden xilas etmiş, şanlı və şəfəfli bir millətdir. Həqiqətlər, sübut olunmuş və tarixi qəydlərdə yerini almışdır.

Fransa parlamentinin kor-koranə inad etdiyi bu yalan, Türk millətinə qarşı işlənən açıq bir mədəniyyət soyqırımı miqyasına çatdırılmışdır. Fransız cavabdehlərinə, yenədən fikirləşməyə və bütün dünyanın gözləri qabağında bu alçaq cinayəti işləməməyə çağırış veririk! Bu inadlı təqsirləndirmələr davam etdiyi təqdirdə, çoxtərəfli Türk - Fransız münasibətlərində daşıdığımız mühüm vəzifələrimiz çərçivəsində əlavə tədbirlər alma haqqımızı özümüzə saxlayırıq.

Sənətimiz kulturlar arasında ilk toxunma nöqtəsidir və bundan ötəri, qınama deklarasyonumuzu Ali Fransız xalqınqa və bütün dünyaya əlan etməyi özümüz üçün vəzifə qəbul edirik.

TÜRK DİLİ DİLMANCLARI

(tarixdən bir yarpaq)

Azərbaycanca
Қазақша
English
Deutsch
Español
Italiano
Nederlands
Svenska
Romănă
Eesti
Русский
עברית
العربية
தமிழ்
简体中文
हिंदी
ગુજરાત
Français
More languages
Çevirenler
İmzalayanlar